Füzuli Rzaquliyevin yas mərasimi Bakıxanovda keçiriləcək

Füzuli Rzaquliyevin yas mərasimi Bakıxanovda keçiriləcək backend

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri, Qarabağ müharibəsi veteranı Füzuli Ədəb oğlu Rzaquliyevin 3-7 yas mərasimi 11 noyabr 2026-il tarixində "El" mərasim evində təşkil olunacaq.

Bu barədə Qaziler.az-a Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirib.

Rey Kərimoğlu qeyd edib ki, yas mərasimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 146-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bu gün vəfat edib.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Füzuli Rzaquliyevin insultdan dünyasını dəyişib.

QAZİLER.AZ