Xankəndidə Zəfər atəşfəşanlığı - FOTO

Xankəndidə Zəfər atəşfəşanlığı - FOTO backend

Noyabrın 8-də Xankəndi şəhərində Zəfər Günü münasibətilə keçirilmiş bayram konsertindən sonra atəşfəşanlıq olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, .gecə səmasını rəngarəng işıqlara bürüyən atəşfəşanlıq şəhər sakinlərinə unudulmaz bayram anları yaşadıb.

Xankəndi sakinləri və tədbir iştirakçıları Vətən müharibəsində qazanılan tarixi Qələbənin sevincini və qürurunu birlikdə bölüşüblər.

Atəşfəşanlıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qazanılmış Zəfərin təntənəsini, xalqımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirib.

Xankəndi səmasında parlayan rəngarəng fişənglər Zəfər Gününün sevincinə xüsusi rəng qatıb.