8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi və balaca fidanları Zəfər parkında maraqlı kompozisiyalar hazırlayıblar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, vətənə məhəbbət, milli birlik və qəhrəmanlıq ruhunu əks etdirən kompozisiyalar uşaqların ifasında təqdim olunub.
Tədbirin əsas məqsədi körpələrə Vətən sevgisini aşılamaq, Zəfər Gününün tarixi əhəmiyyətini onların yaş səviyyəsinə uyğun şəkildə çatdırmaq olub.
Balaca fidanların bu təşəbbüsü Zəfər Gününə həsr olunan bayram tədbirlərinə xüsusi sevinc və rəng qatıb.

