Bayram günlərinə olan geomaqnit HAVA DURUMU

Bayram günlərinə olan geomaqnit HAVA DURUMU backend

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb.

Qaziler.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən verilən məlumata görə, noyabrın 12-dək geomaqnit sahənin normal fon səviyyəsində, orta coğrafi enliklərdə sakit olacağı gözlənilir.

Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 9-10 noyabr tarixləri üçün 4-3, 11-12 noyabr tarixləri üçün 3-2 aralığında, yüksək coğrafi enliklərdə isə 4-5 intervalında olacaq.

9-12 noyabr tarixlərində orta coğrafi enliklərdə, o cümlədən Azərbaycan ərazisində geomaqnit sahəsinin əsasən stabil və ya zəif həyəcanlaşmış (sakit) səviyyədə olacağı proqnozlaşdırılır. Bu dövrdə Yerdə güclü və ya dağıdıcı geomaqnit qasırğasının baş vermə ehtimalı olduqca aşağıdır. Güclü geomaqnit qasırğası gözlənilmir.