8 Noyabr – Zəfər Günü münasibətilə Xocalı rayonunda ağacəkmə aksiyası keçirilib.
Bu barədə Qaziler.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, aksiya zamanı Ballıca kəndi ərazisində müxtəlif növ ağac və gül bitkiləri əkilib.
Zəfər Günü ərəfəsində təşkil olunan ağacəkmə aksiyası ərazilərdə yaşıllıq sahələrinin artırılması, ekoloji mühitin yaxşılaşdırılması və təbiətin qorunmasına xidmət edir.

