İki media nümayəndəsinə proaktiv qaydada Prezidentin fərdi təqaüdü təyin edildi

İki media nümayəndəsinə proaktiv qaydada Prezidentin fərdi təqaüdü təyin edildi backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı yeni Sərəncamda ölkəmizdə medianın inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Hadıyev Fazil Rauf oğlu və Məmmədov Əhməd Qədir oğluna Prezidentin fərdi təqaüdünün verilməsi tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, Sərəncamın icrası olaraq hər iki media nümayəndəsinə Prezidentin aylıq fərdi təqaüdü (1700 manat) artıq təyin edilib.

Hər iki təyinat onların müraciətinə və hər hansı sənəd təqdim etmələrinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb.