Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, rayonun işğalından sonra doğulmuş uşaqlara (xidməti işi və qanunvericiliklə müəyyən edilmiş digər hallarla əlaqədar başqa şəhər və rayonlara daimi qeydiyyata düşmüş valideynlər istisna olmaqla) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.
Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da edilən dəyişiklikdə əksini tapıb.

