Torpağın sotunun qiyməti 16 min manatı ötdü - Kəskin bahalaşma

Torpağın sotunun qiyməti 16 min manatı ötdü - Kəskin bahalaşma backend

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarının göstəricilərini açıqlayıb.

Qaziler.az "oxu.az"a istinadla xəbər verir ki, palatadan verilən məlumata görə, oktyabrda torpaq bazarında qiymətlər artıb.

Torpağın bir sotunun median təklif qiyməti 16 250 manat təşkil edib. AQP indeksinə görə, qiymətlər sentyabr ayı ilə müqayisədə 2,2 faiz, 2026-cı ilin aprel ayı ilə müqayisədə isə 21,9 faiz yüksəlib.

Palata xatırladır ki, torpağın qiymətinə yerləşdiyi ərazi, təyinatı, kommunal və nəqliyyat imkanları, sahəsi və sənədlərinin vəziyyəti təsir edir. Buna görə də ümumi bazar artımını hər bir torpaq sahəsinə eyni qaydada tətbiq etmək olmaz.