DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb

DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb backend

2027-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 9 milyard 272,5 milyon manat (2026-cı illə müqayisədə 9,3 % çox) olması proqnozlaşdırılır.

Qaziler.az "report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

Sənədə əsasən, xərclərin 9 milyard 220,5 milyon manatının DSMF-nin gəlirlərinin, 52 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur.