Bəzi xəstəxanaların adı dəyişdirildi - Qərar

Bəzi xəstəxanaların adı dəyişdirildi - Qərar backend

Quba rayonunda bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi ilə əlaqədar tibb müəssisələrinin siyahısında dəyişiklik edilib.

Qaziler.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarə əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısının 42.5-ci bəndindən “Alekseyevka” və “Vladimirovka” sözləri çıxarılıb.

Eyni zamanda, siyahıya “Yuxarı Digah” abzasından sonra “Çinarlı” və “Elbi” adları əlavə edilib.

Dəyişiklik Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında 2026-cı il 12 may tarixli qanunun icrası ilə əlaqədar həyata keçirilib.