Səbinə Əliyeva yenidən ombudsman seçildi

Səbinə Əliyeva yenidən ombudsman seçildi backend

Səbinə Əliyeva yenidən ombudsman seçilib.

Qaziler.az xəbər verir ki, bununla bağlı Milli Məclisdə səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyeva 100, Ceyhun Qaracayev 13, Elşanə Vəliyeva isə 8 səs toplayıb. Qeyd edək ki, yeni ombudsmanın seçilməsi üçün parlamentdə 83 səs çoxluğu kifayət idi.

Daha sonra Səbinə Əliyeva ombudsman kimi and içib.

Qeyd edək ki, Ombudsman 7 il müddətinə seçilir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Səbinə Əliyeva bu vəzifəyə 29 noyabr 2019-cu ildə seçilib.