Ankarada bir ananın 3 yaşlı uşağını döydüyünü göstərən görüntülər yayıldıqdan sonra həbs edildi.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Gölbaşı rayonunda bir qadının küçədə azyaşlı uşağını döydüyü mobil telefon kamerası ilə yoldan keçən bir şəxs tərəfindən lentə alınıb.
Videonun sosial mediada paylaşılmasından sonra Gölbaşı Rayon Polis İdarəsi qrupları araşdırmaya başlayıb.
İstintaq nəticəsində məlum olub ki, qadın hadisə yerinə maşınla gəlib. Videoda görünən avtomobilin nömrə nişanı və qeydiyyat məlumatları ilə müəyyən edilən şübhəlinin döydüyü uşağın anası olduğu müəyyən edilib.
Şübhəli evində saxlanılıb, nəzarətə alınıb və daha sonra məhkəmə tərəfindən həbs edilib. Uşaq qoruma altına alınıb.
QAZİLER.AZ

