Ötən ay 4 898 hektardan çox ərazi minalardan təmizlənib

Ötən ay 4 898 hektardan çox ərazi minalardan təmizlənib backend

Azad olunan ərazilərdə oktyabr ayı ərzində 4 898,3 hektar ərazi minalardan təmizlənib.

Qaziler.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.

Həmin müddətdə 180 tank əleyhinə mina, 799 piyada əleyhinə mina, 3 070 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.