"Primakov məsələsi"nə aydınlıq - Rey Kərimoğlu yazır

"Primakov məsələsi"nə aydınlıq - Rey Kərimoğlu yazır backend

Bəzilərinə cavab əvəzi...

Əziz dostlar, bilməyənlər üçün Sahibə Qafarovanın əli xalqımızın qanına bulaşmış cəllad Primakovla bağlı tədbir keçirməsində iştirakına aydınlıq gətirmək istəyirəm. Baxıram ki, bəziləri ümumiyyətlə, belə bir hadisənin olmadığını yazır, deyir. Başa düşürəm, S.Qafarova hazırda vəzifə sahibidir, onu müdafiə etmək üçün, bəziləri isə ona yaltaqlanmaq üçün dəridən qabıqdan çıxır. Olsun! Amma fakt faktlığında da qalır axı. Arxivlərdən bəzi faktları sizə təqdim edəcəm. Eyni zamanda, o vaxtı Bakı Slavyan Universitetinin adının belə qara bir işdə çəkilməsindən narahat olaraq mənə zəng edən hadisənin şahidləri olan universitet müəllimlər də sağdır ha.

 

*****    *****  *****    *****

 

Sahibə Qafarova 2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışıb. Bunu yadda saxlayaq.

“2019-cu il, oktyabrın 29-da Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiyanın keçmiş xarici işlər naziri və baş naziri Yevgeni Primakova həsr olunmuş “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərgi açılıb.”

Bu istinad həmin dövrün saytlarında və qəzetlərində də var.

“Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində qalib gələrək diplomla təltif ediliblər”.

Bu da o zamankı sayt və qəzetlərdə var.

 

“Bu münasibətlə oktyabrın 15-də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov esse müsabiqəsinin qalibi olmuş BSU tələbələri – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovaya diplom verib.”

Bəli, bəli...bu da həmin dövrün sayt və qəzetlərində var...

 

“20 Yanvar” Cəmiyyəti “Primakov müsabiqəsi”ndən HİDDƏTLƏNİB”

Bu başlıq isə “20 Yanvar” Cəmiyyəti “Primakov müsabiqəsi”nə etirazıdır. O da internet resurslarında qalıb. Özü də bu etiraza təkcə “20 Yanvar" Cəmiyyəti yox, bir çox müharibəyönümlü təşkilatlar da qoşuldu. Şəxsən mən “20 Yanvar" Cəmiyyəti Sultan Əzimzadə ilə əlaqədə idim.

Bizim bütün etirazlarımız Xarici İşlər Nazirliyi ilə yanaşı, esse müsabiqəsi keçirən Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevaya idi. Onun istefasını tələb edirdik. Son anda bəlli oldu ki, bu müsabiqənin təşəbbüskarı, onun icrasına nəzarəti  Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektor Sahibə Qafarova olub. Məsələ bu qədər sadə və aydındır. Diplomların verilməsi anının fotoları da var idi internetdə. Fotolarda Sahibə Qafarova da var idi. Amma təəssüf ki, indi onun olduğu fotoları internetdə tapa bilmirəm. Çünki sildirib. Yəqin ki, kiminsə arxivində qalıb. Bir zaman o da üzə çıxar.

 

Bu isə etirazlardan sonra Bakı Slavyan Universitetinin “qaliblər azərbaycanlı deyil” açıqlamasına etirazçıların cavabındandır:

“Qeyd edək ki, müsabiqə oktyabrın 15-də baş tutub və qaliblər Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov tərəfindən mükafatlanıb. Sosial şəbəkədə yayılan tənqidi fikirləri görən universitetin mətbuat xidməti məsələ ilə bağlı bu gün açıqlama verib. Açıqlamada adları çəkilən və esse yazan tələbələrin əcnəbi vətəndaşlar olduğu qeyd olunsa da, qaliblərin hamısının ad-soyadı azərbaycanlı olduqlarını göstərir: Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalova.”

Bəli, bu da o zamankı sayt və qəzetlərdə var.

 

Xatırlatma: Yuri Primakov 1990-cı ilin 19 yanvar gecəsində Bakıya sovet qoşunlarının yeridilməsində SSRİ müdafiə naziri Yazovla birgə iştirak edib. Faciə nəticəsində 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.

Q