İrlandiya Respublikasının hökuməti Birləşmiş Krallığın tərkibinə daxil olan Şimali İrlandiya ilə birləşmə prosesinə hazırlıq məqsədilə yeni idarə yaradır.
Qaziler.azu barədə oktyabrın 30-da “The Irish Times” qəzeti məlumat yayıb.
İrlandiyanın Baş naziri Mixol Martin bildirib ki, yeni dövlət qurumunun qarşısına adanın mümkün "konstitusiya gələcəyi" variantları, o cümlədən 32 qraflıqdan ibarət vahid İrlandiya üçün müxtəlif model və tapşırıqları müəyyənləşdirmək vəzifəsi qoyulacaq.
Qeyd olunur ki, yeni qurum Şimali İrlandiyanın Birləşmiş Krallığın tərkibində qalacağı, yoxsa vahid İrlandiyanın tərkibində muxtariyyətini qoruyub saxlayacağı məsələlərini araşdıracaq.

