Ağdam və Xocavəndə daha 78 ailə köçürülüb - YENİLƏNİB

Ağdam və Xocavəndə daha 78 ailə köçürülüb - YENİLƏNİB backend

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç həyata keçirilib.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə (238 nəfər), Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə (34 nəfər) köçürülüb. Beləliklə, ümumilikdə 78 ailə – 272 nəfər doğma yurduna qayıdıb.

Köçürülən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

xxx
07:08

Ağdam şəhərinə, Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb.

Bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.