Sərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur?

Sərnişinlər qatarlarda ən çox hansı əşyaları unudur? backend

Yanvarın 1-dən oktyabrın 15-dək qatarlarımızda 800-dən çox əşya unudulub.

Qaziler.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. 

Bildirilib ki, bu, orta hesabla ayda 80-90 əşya deməkdir.

“Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefon və adapterlər, sənədlər, bank kartları və yemək qablarıdır. Ən çox əşya Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə marşrutlarında unudulur.

Unudulan əşyaların 250-yə yaxını (təxminən 30%-i) əməkdaşlarımız tərəfindən sahiblərinə təhvil verilib. Qalanları isə hələ də sahiblərini gözləyir. 

Sərnişinlərimizə qatardan düşərkən diqqətli olmağı və əşyalarını götürməyi unutmamağı tövsiyə edirik. Qatarda, yaxud vağzal ərazisində əşyalarını unudan sərnişinlər vağzal növbətçisinə və ya 1822 Əlaqə Mərkəzinə müraciət edə bilər”,-məlumatda qeyd olunub.