Milli Məclisə "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında" sənəd daxil olub.
Qaziler.az xəbər verir ki, bu məsələ parlamentin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçiriləcək iclasının gündəliyinə salınıb.
Qeyd edək ki, hazırda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevadır.

