Ukraynadakı münaqişənin hərbi yolla həlli görünmədiyi üçün Avropa Rusiya ilə dialoqa girməlidir.
Qaziler.az bildirir ki, bu barədə Finlandiya Prezidenti Alexander Stubb özünün "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bəyan edib.
"Hər kəs bu münaqişənin fəsadlarından əziyyət çəkir və hərbi həll yolu hələ ki, görünmür. Müharibənin nəticəsi Finlandiya və Norveçin, daha geniş mənada isə bütün Avropanın təhlükəsizliyinə birbaşa təsir göstərəcək. Hazırkı mərhələdə dialoqdan qaçmaqla sülhə nail olmaq qeyri-mümkündür; müharibəni bitirmək üçün birbaşa müzakirələr tələb olunur. Bu, Finlandiyanın maraqlarına tam cavab verir", — deyə siyasətçi qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, o və Norveçin Baş naziri Yonas Qar Stere Rusiya Prezidenti Vladimir Putin ilə dialoqu bütün Avropanın adından deyil, yalnız öz ölkələrinin rəhbərləri qismində aparıblar.
QAZİLER.AZ

