Xəbər verdiyimiz kimi, Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.
Qaziler.az Sahib Rzayevin dosyesini təqdim edir:
Sahib Rzayev 1977-ci ildə anadan olub. O, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2011-ci ildə isə beynəlxalq hüquq ixtisası üzrə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.
S.Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq vəzifəsində çalışıb. 2006–2008-ci illərdə Fövqəladə Hallar Nazirliyində baş müstəntiq olub.
2008–2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, həmin idarənin rəisi, eləcə də Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində işləyib.
Sahib Rzayev 2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb. Həmin ilin iyul ayından yeni təyinatınadək isə nazirliyin İstintaq idarəsinin rəisi olub.
27 oktyabr 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.

