Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi

Deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi backend

Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı saxlanılan daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Qaziler.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Belə ki, Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cəfərov Elmar Şücaət oğlu və Rəhimov Emin Qoşqar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilmiş və barələrində həbsdə olma müddətinin əvvəli 24 oktyabr 2026-cı il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.