ABŞ Prezidenti Donald Tramp oktyabrın 26-da Miçiqandakı mitinqdə çıxışı zamanı Somalini bəlkə də sakinlərinin yalnız qətllərlə və gəmilərə hücumlarla məşğul olduğu dünyanın ən pis ölkəsi kimi xarakterizə edib.
Bu barədə məlumat "ABC News" "YouTube" kanalında yayımlanan videoçarxa istinadən verilib.
"Bilirsiniz, o (Demokratlar Partiyasından olan konqresmen İlhan Ömər) Somalidəndir — bəlkə də dünyanın ən pis ölkəsindən. Orada hökumət yoxdur, ümumiyyətlə heç nə yoxdur. Onların malik olduğu tək şey qətllərdir. İnsanları öldürürlər, gəmilərə hücum edirlər, fidyə üçün onları ələ keçirirlər", — deyə ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, Somalidə nə dövlət, nə hökumət, nə də polis var; o, orada baş verənləri xaotik toqquşmalar kimi təsvir edib. Bu bəyanat ABŞ lideri tərəfindən əslən Somalidən olan və Minnesota ştatını təmsil edən İlhan Ömərin tənqidi zamanı səsləndirilib. Tramp onun fəaliyyətinin ABŞ üçün "problemlər yaratdığını" iddia edib.
QAZİLER.AZ

