Deputatın oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı

Deputatın oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı backend

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub.

Qaziler.az "oxu.az"a istinadla xəbər verir ki, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminalla meylli şəxs olduğu deyilir. Onun özünün də bıçaqla yaralandığı deyilir.

Həmçinin, hadisə iştirakçılarından digər ikisi də bıçaq xəsarətləri alıb, onların vəziyyəti kafi qiymətləndirilir. Bundan başqa, bir neçə şəxsin də yumruq-təpik, küt alət zərbələri aldıqları qeyd olunur.