Qətllə nəticələnən görüşü deputat Arzuxan Əlizadənin oğlu təşkil edibmiş - FOTO 

Qətllə nəticələnən görüşü deputat Arzuxan Əlizadənin oğlu təşkil edibmiş - FOTO  backend

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi detallar məlum olub.

Qaziler.az "Oxu.az"a istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Bildirilir ki, onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub.

“Unikal”ın yaydığı məlumatda isə qeyd edilib ki, hadisə vaxtı Emil və Elnar adlı şəxs Ceyhunla görüşə gəliblər. Ceyhungil tərəfdən 10-dan çox adam olub. Onlar arasında “Yeraz Elvin”, “Razin Xəyyam”, reabilitasiya mərkəzi işlədən Kamran və Həsən, eyni zamanda, deputat Arzuxan Əlizadənin oğlu Əhməd olub.

Tərəflər arasında mübahisə zamanı Emil və Elnar Ceyhunu vurublar. Hətta Emilin üstündən tapança da yerə düşüb. Emil və Elnar hadisə yerindən qaçıblar.

Bildirilib ki, hadisəni törədən hər iki şəxs axtarışdadır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.

Dəhşətli cinayətdə öldürülən Ceyhunun öz ətrafında “Ceyhun Sabunçu” adı ilə tanındığı bildirilir.

Fotoda Əhməd Əlizadə

Fotoda “Ceyhun Sabunçu”

Fotoda Əhmədin dostu Kamran

Fotoda Əhmədin dostu Həsən

Hadisənin başladığı kabinet

Fotoda Arzuxan Əlizadə