Vətən müharibəsi qazisini qətlə yetirən şəxs saxlanıldı

Vətən müharibəsi qazisini qətlə yetirən şəxs saxlanıldı backend

Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminovu qətlə yetirən şəxs saxlanılıb.

Qaziler.az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə V.Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, oktyabrın 21-də gecə saatlarında Bakının Qobustan qəsəbəsində şəxsi münasibətlər zəminində 1998-ci il təvəllüdlü Vüqar Şirinzadə həmyaşıdı Rahib Əminovu kəsici alətlə qətlə yetirib, onun qardaşı Elminə xəsarət yetirib.