Elçin Məmmədov rəhbər vəzifəyə təyin olundu

Elçin Məmmədov rəhbər vəzifəyə təyin olundu backend

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) "Regional Su Meliorasiya" QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.

Qaziler.az xəbər verir ki, bu barədə Regional Su Meliorasiya QSC xəbər yayıb. 

Bildirilib ki, iclasda Regional Su Meliorasiya Xidmətinin Prezidentin sərəncamı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosedurunun qaydalara uyğun şəkildə icra olunduğu, yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə biləcəyinin detalları müzakirə edilib.

İclasda "Regional Su Meliorasiya" ya icraçı direktorun təyinatı gerçəkləşib. Müşahidə Şurasının qərarına əsasən qurumun sədr müavini Elçin Zahid oğlu Məmmədov ADSEA-nın tabeliyidəki "Regional Su Meliorasiya"ya icraçı direktoru təyin olunub.

Onu da qeyd edək ki, "Regional Su Meliorasiya Xidməti" PHŞ-nin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev ADSEA sədrinin əmrinə əsasən Agentlik sədrinin müşaviri təyin edilib.