Müharibənin faciəsini yaşayan qadınların Türk Dünyasına müraciəti!

Müharibənin faciəsini yaşayan qadınların Türk Dünyasına müraciəti! backend

Parçala, hökm et: Birinci Pyotrun bu vəsiyyəti bu gün türk birliyinin parçalanmasına xidmət edir.

Bizim insanlarımız isə öz əlində olan gözəlliklərin dəyərini bilməyərəkdən düşmənlərin əlində alətə çevriliblər. Azərbaycan dövlətçiliyinin dayaqlarını sarsıtmaq uğrunda birləşmiş qüvvələrin Azərbaycana və Türkiyəyə göndərdikləri missioner təşkilatların oyunlarına qurban gedən gəncliyimizin xilas etdirilməsinə hər birimiz məsuliyyətlə yanaşmalıyıq. Hesab edirik ki, bizim hər birimizin üzərində olan ən əhəmiyyətli məsuliyyətimiz missioner təşkiların dağıdıcı oyunlarına Milli Birliklə cavab verməliyik. Şəhid analarının göz yaşlarına təsəlli olmaq əvəzinə küçələrdə hicab davası çəkən gəncliyimizin, yeniyetmələrimizin beyni yetərincə zəhərlənib. Övladlarımızı, əsasən də qızlarımızı bu bəlalardan qurtarmaq bütün cəmiyyətin vəzifəsidir. İslamda hicab və digər o qisimdən olan baş ötülərinə heç bir tələb yoxdur. İslam tərbiyyəli geyimin vacibliyini vurğulayıb. Bu hicab deyil!

Azərbaycanda yaşayıb, Azərbaycana, Türkiyədə yaşayıb, Türkiyəyə düşmənçilik edənlər bu gün Azərbaycan dövlətinin öz gələcəyini etibarlı təməllər üzərində inkişaf etdirməyinin, Türk dünyası birliyinin, əsasən də, bütün dünyanın həsəd apararaq baxdıqları və sözün tam mənasında qısqanclıq etdikləri Türkiyə Azərbaycan münasibətlərinin məhv edilməsini hədəf götürənlərin əlində alətə çevrilənlərin oyanmasının zamanı keçir.

İtirdiyimiz hər gün dövlətçiliyimizin möhkəmlənməsinin qarşısında bir əngəl olacağını düşünürsünüzsə, yanılırsınız. Azərbaycanı canından çox sevən milyonlarla soydaşımız var. Şəhidlərimizin ruhuna ədəbi ehtiram duyan insanlarımız şəhidlərdən əmanət aldığımız bu vətəni hər kəsdən qorumaq güncündə və istəyindədirlər. Azərbaycan dövlətçiliyinin təməl siyasətinin qayəsində bütün inanclara hörmət və ehtiramla yanaşmaq dayanır. Bunu inkar edə biləcək bir güc yoxdur. Ölkəmizdə yaşayan azsaylı,  30-dan çox millət var ki, biz onlarla çox möhkəm bağlarla bağlıyıq. İslam dini Azərbaycan xalqının inanc gətirdiyi, min ildən çox bir zaman kəsiyində xidmət etdiyimiz, qoruyaraq bu günlərə qədər sevə-sevə daşıdığımız dinimizdir. Heç kimin inancına hörmətsizlik edilməyib və bu gün də edilmir. Sadəcə olaraq, din adı altında Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə uzanan əllərin kəsilməsi zamanıdır.

Biz müharibə veteranı qadınlar, şəhid ailələri olaraq Azərbaycanın müstəqilliyinin, ərazi bötüövlüyünün uğrunda canından keçən soydaşlarımızın, övladlarımızın əziz xatirəsi naminə dövlətimizi və dövlətçiliyimizi son damla qanımıza qədər qoruyacağıq. Bu bizə şəhidlərdən qalan bir adətdir. Bayrağımız, Türkiyə-Azərbaycan, Türk dünyası birliyinin zəfər çalması varlığımızın əsas şərtidir!

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin mətbuat xidməti