Bəzi ərazilərdə su kəsiləcək

Bəzi ərazilərdə su kəsiləcək backend

Şirvan şəhərinin bir sıra ərazilərində su təchizatında müvəqqəti məhdudiyyətlər olacaq.

Qaziler.az xəbər verir ki, bu barədə Şirvan Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar oktyabrın 20-si saat 22:00-dan oktyabrın 21-i saat 06:00-dək şəhərin Kənd evləri və Bağ evləri yaşayış sahələrində, həmçinin H.Z.Tağıyev və Naxçıvan küçələrində suyun verilişində müvəqqəti məhdudiyyətlər yaranacaq.