Göygöl Milli Parkı niyə hasarlanır? - Rəsmi açıqlama

Göygöl Milli Parkı niyə hasarlanır? - Rəsmi açıqlama backend

Göygöl Milli Parkının ərazisi hasarlanacaq.

Qaziler.az xəbər verir ki, bununla bağlı müvafiq prosedura start verilib, milli park və "Fige" MMC arasında müqavilə imzalanıb.

Razılaşmanın ümumi dəyəri 24 min 42 manatdır.

Göygöl Milli Parkında hasarlanma işlərinin aparılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, milli parkın yaşayış məntəqələri ilə həmsərhəd olan ərazilərində çəpərləmə işləri həyata keçirilir:

"Çəpərləmə işləri xüsusi mühafizə olunan təbiət ərazilərində bioloji müxtəlifliyin və təbii ekosistemlərin qorunması, antropogen təsirlərin, eləcə də mal-qaranın ərazilərə daxil olmasının qarşısının alınması məqsədi daşıyır".