Tarix öz sözünü dediyinə baxmayaraq, yeni maniələrlə üz üzəyik. Milli mənəvi dəyərlərin qorunması bütün cəmiyyətin vəzifəsidir.
Əsrlərin nəhəng daşından süzülüb gələn adət-ənənələrimizi qoruyub bizə çatdıranlar qarşısında öz mənəvi borcumuzu ödəməliyik. Bu qızlarımızın və gəlinlərimizin, geyim tərzinin ciddi şəkildə dəyişməsinin, toy adətlərimizin tamamən məhv edilməsinin qarşısının alınmasına çalışanlara bir çağrışımızın olmasını istəyirik. Bəlkə də bəziləri üçün mənasız görünəcək.
Lakin unutmayaq ki, qızlar artıq atalarının qarşısında çılpaqlanmaqdan heç çəkinmirlər.
Gəlinlər qaynatalarına yeri gəldi-gəlmədi hər sözü çox rahatlıqla və uca səslə, etirazla deməkdən zövq alırlar. Valideynlər isə öz övladlarının qaynata və qaynanalarına qarşı tərbiyyəsizliyini adi hal kimi qəbul edir və hardasa fəxr edirlər.
Boşanmaların sayı sürətlə artıq, evlənənlərin sayı isə eyni qaydada azalır. Təəssüflər olsun ki, bəziləri eviliyə geridəqalmışlıq kimi baxırlar.
Cəmiyyətin süquqtu, məhvi göz önünüdə, açıq şəkildə baş verir və bunun qarşısının alınmasına heç kim çalışmır. Hamı Avropalaşmağa, islamlaşmağa çalışır. Bizim ailə institutumuza, həyat tərzimizə həmişə həsəd aparan da bu gün isə qısqanclıqla baxan Avropa dəyərlərimizin məhvinə nail olmaq üzrədir. Bundan cəhillərimizin xəbəri yoxdur. Biz yeri gəldi-gəlmədi hamımız dindar olmağa cəhd edirik. Əhalinin bir qismi rus, bir qismi avropa, bir qismi isə din təhsilinə can atır. Azərbaycan təhsil sisteminin tədrisi və qorunmasını düşünməli olanlarımızın isə başı pul toplamağa, rüşvətlərə qarışıb. Müəllimlə şagird arasında münasibətləri pul formalaşdırır. Valideyn müəllimə yaxşı pul verirsə, onun övladı sinifdə nəzərə alınır. Valideyn pul verə bilmirsə, onun övladı sinifdə 5-ci dərəcəli şagird kimi nəzərdə tutulur. Övladlar valideynlərinin sözünü saymır. Valideynlər müəllimə uşaqlarına tərbiyyə vermək imkanı tanıtmırlar. Mənim uşağıma heç kim söz deyə bilməz deyirlər. Bu isə sonu faciəyə aparan yoldur.
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin üzvləri olan qadınlarımızın hər biri Azərbaycan naminə canından keçmiş insanlardır. Sağ qalmağımız təsadüf nəticəsində baş verib. Lakin bu gün cəmiyyətimizi bu qədər cəhalətə boyun əymiş görəndə ölmədiyimizə təəssüf edirik. Şəhidlərimiz bu vətəni, bu dövləti bizə əmanət ediblər. Əmanətə xəyanət edilməməlidir. Dinin öz yeri, dövlətçiliyin öz yeri var. Din bizim seçimimizdir. Vətən bizim anamızdır, müqəddəsimiz, toxunulmazımızdır. Bu baxımdan dövlətçiliyin təməlini sarsıdan, müstəqilliyimizi təhdid edən hər bir hərəkətə qaşıyıq. Azərbaycan dövlətinin müstəqilliyinin, gələcəyinin qoruması naminə etdiyi qərarların icrası müzakirəsiz həyata keçirilməlidir.
Biz bu yolda AZƏRBAYCAN DÖVLƏTİNİN YANINDAYIQ!
MVQSYİB- nin sədri Radə Abbas / Qaziler.az

