Kamran Əliyevdən yeni təyinatlar

Kamran Əliyevdən yeni təyinatlar backend

Baş Prokurorluqda yeni təyinatlar olub.

Qaziler.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Nizami rayon prokuroru Pərviz İbayev vəzifəsindən azad olunaraq, Binəqədi rayon prokuroru təyin edilib. Digər əmrlə Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan əlavə, Kamal Talıbov ikinci səlahiyyət müddətinə Şirvan şəhərinin prokuroru təyin olunub.