Zəngilana köçürülən 800-dən çox sakinin məşğulluğu təmin edilib - FOTO 

Zəngilana köçürülən 800-dən çox sakinin məşğulluğu təmin edilib - FOTO  backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.  

Qaziler.az nazirliyin məlumatına istinadla xəbər verir ki, kpçürülmüş sakinlərdən artıq 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

Onlardan 750 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 48 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub), 50-dən çox şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğunun təminatı üçün işlər aparılır.