Ali Məhkəmənin kollegiya sədrləri təyin edilib - SƏRƏNCAM

Ali Məhkəmənin kollegiya sədrləri təyin edilib - SƏRƏNCAM backend

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağıdakı hakimləri həmin məhkəmənin kollegiya sədrləri təyin edilsinlər:

Şəlalə Ağakərim qızı Məmmədova - Mülki Kollegiyanın sədri
Hikmət Abbas oğlu Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın sədri
Şahin Yaşar oğlu Yusifov - Cinayət Kollegiyasının sədri