Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - VİDEO

Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - VİDEO backend

Bu gün Xəzər dənizində və İsmayıllıda cəmi 8 dəqiqə fərqlə iki zəlzələ qeydə alınıb.

Qaziler.az Xəzər TV-yə istinadən bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, saat 11:27-də Xəzər dənizində baş verən zəlzələnin maqnitusası 3,5 bal olub.

Növbəti zələzələ isə İsmayıllı rayonunda cəmi 8 dəqiqə sonra qeydə alınıb. Yerli vaxtla 11:35-də baş verən yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 10 km olub. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində hiss olunub.

Qurban Yetirmişlinin sözlərinə görə, Xəzər dənizində bu kimi zəif təkanlar vaxtaşırı qeydə alınır. Ümumilikdə ölkə ərazisində dağıdıcı və yüksək ballı təkanlar gözlənilmir.

Daha ətraflı videomaterialı təqdim edirik.