Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlandı

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlandı backend

Bakının Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində oktyabrın 17-dən etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, əks istiqamətdə isə oktyabrın 19-u saat 08:00-dan etibarən tam məhdudiyyət tətbiq olunacaq.

"Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - AAYDA-dan qeyd edilib.