Xankəndidə Azərbaycan və Özbəkistan universitetlərinin II Rektorlar Forumu keçirilib

Xankəndidə Azərbaycan və Özbəkistan universitetlərinin II Rektorlar Forumu keçirilib backend

Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib.

Tədbirdə iki ölkədən 30-a yaxın ali təhsil müəssisəsinin nümayəndələri iştirak edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, forumun məqsədi ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə elmi tədqiqatların təşviqi və universitetlərarası əlaqələrin möhkəmləndirilməsi olub.

Açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov və elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Daşkənd Dövlət İqtisad Universitetinin rektoru Konqratbəy Şaripov isə forumun yeni tərəfdaşlıqların qurulması baxımından mühüm rolunu qeyd edib.Forum çərçivəsində universitet-sənaye əməkdaşlığı, innovasiya və birgə elmi layihələrin inkişafı müzakirə olunub, universitetlərarası əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalanıb.