Cəbrayıl rayonunda bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddəti daha bir il uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, müddət 2024-cü il oktyabrın 29-da qəbul edilmiş və Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən edilməsini nəzərdə tutan 466 nömrəli qərarla müəyyənləşdirilmiş əraziyə şamil olunur.
Sənədə əsasən, günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddəti “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunun 6.7-ci maddəsinə uyğun olaraq bir il uzadılıb.
Qərarın icrası ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildiyi halda, icazənin verildiyi gündən üç gün müddətində, müəyyən edilmiş müddətdə icazə verilmədikdə isə həmin müddətin başa çatdığı gündən üç gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərar 14 oktyabr 2026-cı il tarixində imzalanıb və həmin tarixdən qüvvəyə minin.

