Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb

Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb backend

Bloqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment öhdəliklərini yerinə yetirmədiyinə görə inzibati qaydada həbs olunub.

Qaziler.az xəbər verir ki, bu barədə bloqer sosial şəbəkə hesabında paylaşım edib.

Qərar Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Aliment borcunun ödənilməməsi ilə bağlı aparılan məhkəmə icraatının nəticəsində Oqtay Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum edilib.

Oxu.az