Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 94 nömrəli tam orta ümumtəhsil məktəbinin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq xəsarət alan şagirdin vəziyyəti ağır olaraq qalır.
Qaziler.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Oktyabrın 12-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2014-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasında sentyabrın 10-15-i aralığında ona qarşı əmisi tərəfindən zorakılığa cəhd olunduğu iddia edilmişdi.

