Azərbaycanda 5 günlük bayram tətili başlayır

Azərbaycanda 5 günlük bayram tətili başlayır backend

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.


APA-nın məlumatına görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

2016-cı il 2 yanvar tarixi şənbəyə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 yanvar qeyri-iş günü olacaq.

Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün - 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür.