Abbas Muxtarzadə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri təyin edilib.
Qaziler.az "Report.az"a istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.
Xatırladaq ki, sentyabrın 28-də Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin sabiq rəhbəri Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib.

