Doqquz ayda pensiyalara yönəldilən vəsait açıqlanıb

Doqquz ayda pensiyalara yönəldilən vəsait açıqlanıb backend

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (548 milyon manat) çox olmaqla 5 milyard 874 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 oktyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.

Yanvar-sentyabr aylarında 28 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 206 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.