Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - AÇIQLAMA

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - AÇIQLAMA backend

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb.

Qaziler.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri tibbi xidmətlər göstərilib.

Hazırda hər iki pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.

Oxu.az