Dekabrın 26-da Beyləqan rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra olunan “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsinin yekun “Qarabağ intellektləri” adlanan final mərhələsi keçirilmişdir.
Bərdəni finalda rayon mərhələsinin qalibləri T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası (kapitan Rahib İsmayılov) və ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin “Hərum” komandası (kapitan Ayxan Mikayılov) təmsil etmişlər.Tədbirdən öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.Finalda 8 rayondan (Beyləqan, Xocavənd, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Laçın) 16 komanda iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov qonaqları salamlamış, layihə çərçivəsində görülən işlər haqqında ətraflı məlumat vermiş, yaradılan şəraitə və dəstəyə görə müvafiq qurumlara təşəkkür etmişdir.
Çıxış edən digər qonaqlar: Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov, Tərtər rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov, “Mil” İntellektual Klubunun sədri Eyruz Pəsiyev və digər qonaqlar belə tədbirlərin yeniyetmə və gənclərin intellektual səviyyələrinin yüksəldilməsindəki əhəmiyyətindən söz açmış,regionların da bu sahədə yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulamışlar. Təşkilat tərəfindən Beyləqan, Xocavənd, Tərtər, Bərdə, Ağdam, Laçın, Ağcabədi rayon İcra Hakimiyyətləri və layihənin həyata keçməsində kömək göstərən bir qrup insanlar “Uğurlu əməkdaşlığa görə” diplomlarla təltif olunmuşlar.
_1451407020.jpg)
Təşkilatın icraçı-direktoru Mürsəl Behbudlunun aparıcılığı və baş hakimliyi ilə 16 komanda arasında keçirilən final kuboku gərgin mübarizə şəraitində keçmişdir. “Nə? Harada? Nə zaman?” formatında 24 suallıq milli mövzulardan ibarət paketin sonunda Bərdənin “Xanqaraqoyunlu” komandası 1-ci, Xocavəndin “Albedo” komandası 2-ci, Xocavəndin “Tuğ” və Tərtərin “28 May” komandaları isə 3-cü yeri tutmuşlar. Qaliblər kubok, diplom və hədiyyələrlə təltif edilmişlər.
İntellektual yarış yüksək səviyyədə təşkil olunmuş və şəffaf keçirilmişdir.