Gecikdirilmiş 548,4 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

Gecikdirilmiş 548,4 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-sentyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 548443 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Qaziler.az nazirliyin yaydığı məlumata istinadla xəbər verir ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 69 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.