2016-cı ili restoranlarda qarşılamaq istəyənlər bir xeyli “tərləməli” olacaqlar. Axar.az Bakı və regionlarda olan restoranlarda Yeni il şənliyinin neçəyə başa gəldiyini araşdırıb.
Məlum olub ki, bayram gecəsini restoranda qeyd etmək üçün adambaşına azı 100 manat lazımdır. Həmin restoranların bəzilərinin siyahısını təqdim edirik:
“Ay işığı” - 100-200 manat
“Neolit” - 150 manat
“Altun Saray” - 100-150 manat
“Oazis” - 100 manat
“Sərin” – 100-120 manat
“Buta Palas” - 200 manat
“Hilton Baku” - 170 manat
“Şamaxı Palas Platinum Riksos” - 180 manat
“Relaks” – 100 manat