Su-24 bombardmançı təyyarəsinin vurulması ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan heç nə qazanmadı, əksinə milyardlar itirdi. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dumasının Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Aleksey Puşkov çıxış edib.
"Ərdoğan Rusiya qırıcısını vurmaqla heç nə əldə etmədi, əksinə milyardlar itirdi. NATO da Rusiyanın sanksiyalarından sonra Türkiyənin itkilərini kompensasiya etmir", - Puşkov bildirib.