Cavid Hüseynov Maşallah Əhmədovla eyni kamerada saxlanılır

Cavid Hüseynov Maşallah Əhmədovla eyni kamerada saxlanılır backend

Dələduzluq ittihamına görə həbs edilən veteran futbolçu Maşallah Əhmədov ilə jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı cinayət işi çərçivəsində həbs edilən “Qəbələ”nin eks-kapitanı Cavid Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasında eyni kamerada qalır. Lent.az-ın məlumatına görə, bu barədə “Futbol +” qəzeti məlumat yayıb.

Qeyd edək ki, M. Əhmədovun külli miqdarda dələduzluqda təqsirləndirilərək dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Qəbələ” və Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov isə jurnalist Rasim Əliyevin öldürülməsini bilirək cinayəti gizlətmə maddəsində təqsirləndirilir. O, avqustun 11-də həbs edilib.