Azərbaycanda son 10 ilin ən isti yaylarından biri yaşanıb

Azərbaycanda son 10 ilin ən isti yaylarından biri yaşanıb backend

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub.

Qaziler.az "Report.az"a istinadla xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə ən maksimal temperatur iyul ayında qeydə alınıb:

"Bakıda və Abşeron yarımadasında 40, Ordubad və Kürdəmirdə isə 41 dərəcə isti müşahidə olunub. Bu da aparılmış çoxillik meteoroloji müşahidə məlumatlarına əsasən, son 10 ilin ən isti yay fəsillərindən olub".