Tovuzda 29 yaşlı gənc bıçaqlandı - Şübhəli atasıdır

Tovuzda 29 yaşlı gənc bıçaqlandı - Şübhəli atasıdır backend

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Qaziler.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə rayonun Ağdam kəndində qeydə alınıb.

Kənd sakini 1997-ci il təvəllüdlü Nicat Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, Nicat Məmmədov ailə münaqişəsi zamanı atası Aydın Məmmədovla aralarında mübahisə düşüb. Mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib. Hadisə zamanı ata Aydın Məmmədovun sərxoş olduğu bildirilir.

Hazırda baş verən hadisə ilə bağlı araşdırma aparılır.